Rusiyada koronavirusa daha 8 697 nəfər yoluxub

Xəbər - Trned:

Rusiyada ötən sutka ərzində yeni növ koronavirusa (COVİD-19) 8 697 yoluxma halı qeydə alınıb.

AzerTimes-ın “TASS”a istinadən verdiyi məlumata görə, ölkədə koronavirusa yoluxanların sayı 4 823 255 nəfərə çatıb.

Məlumata əsasən, son sutka koronavirusdan 7 339 nəfərə sağalıb, 342 nəfər isə vəfat edib.


Bildirilir ki, hazırkı dövrədək koronavirusdan sağalanların sayı 4 443 922 nəfər, ölənlərin sayı isə 110 862 nəfər təşkil edir.