Rusiyada koronavirusa 29 mindən çox yoluxma qeydə alınıb

Xəbər - Orxan Nəbiyev – Trend:

Rusiyada son sutka ərzində 29 409 nəfər koronavirusa yoluxub.

Trend-in məlumatına görə, bu günədək ölkədə virusa yoluxanların sayı 7,8 milyon nəfəri keçib.

Eyni zamanda ölkədə altıncı gün ard-arda 900-dən çox ölüm faktı qeydə alınıb. Son sutkada Rusiyada 957 nəfər vəfat edib.


Bu günədək ölkədə koronavirusdan ölənlərin sayı 217 372 nəfərə çatıb.