Rusiyada koronavirusa 14 mindən çox yeni yoluxma olub, 394 nəfər ölüb

Xəbər - Orxan Nəbiyev – Trend:

Rusiyada koronavirusa yoluxanların sayı 4,08 milyonu keçib.

AzerTimes-ın məlumatına görə, ölkədə son sutka ərzində 14 207 nəfər virusa yoluxub, 394 nəfər isə həyatını itirib.

Bu günə qədər Rusiyada 4 086 090 nəfər infeksiyaya yoluxub, ölənlərin sayı 80 520 nəfərə çatıb.

Ölkə ərazisində ümumilikdə 3 607 036 şəxs virusdan sağalıb, 398 534 nəfərin müalicəsi isə davam edir.