Rusiyada koronavirus xəstəxanasında yanğın olub – Ölənlər var

Xəbər - Orxan Nəbiyev – Trend:

Rusiyanın Həştərxan şəhərində koronavirus xəstələrinin müalicə olunduğu xəstəxanada yanğın baş verib.

Trend-in məlumatına görə, hadisə nəticəsində 2 nəfər həlak olub.

Qeyd olunur ki, yanğın reanimasiya şöbəsində palataların birində baş verib. Hadisəyə qısaqapanmanın səbəb olduğu deyilir.

Xəstəxanadan 18 xəstə və 16 əməkdaş təxliyə olunub. Onların arasında xəsarət alan olmayıb.