Rusiyada “Konvasel” peyvəndinin yaşlı insanlar üzərində sınaqların vaxtı açıqlanıb

Rusiyanın Federal Tibbi və Bioloji Agentliyi (FTBA) 2022-ci ildə
60 yaşdan yuxarı insanlarda koronavirus peyvəndini sınaqdan
keçirməyi nəzərdən keçirir.

AzerTimes-ın
məlumatına görə, bu barədə Agentliyin rəhbəri Veronika Skvortsova
bildirib.

“Bu cür tədqiqatların aparılması təcrübəsini, preklinik və
klinik tədqiqatların uğurlu nəticələrini nəzərə alaraq, Rusiya FTBA
2022-ci ildə 60 yaşdan yuxarı insanlarda “Konvasel” vaksininin
klinik sınaqlarının keçirilməsi imkanını nəzərdən keçirir”, – deyə
Agentlik rəhbəri bildirib.

“Konvasel” koronavirusa qarşı peyvəndi Rusiyanın Federal Tibbi
və Bioloji Agentliyinin Sankt-Peterburq Vaksinlər və Serumlar
Elmi-Tədqiqat İnstitutu tərəfindən hazırlanıb və martın 18-də
Rusiya Federasiyasının Səhiyyə Nazirliyi tərəfindən qeydiyyata
alınıb.