Rusiyada komaya düşən qazimizin son durumu

Rusiyada komaya düşən qazimizin son durumu

Vətən müharibəsi iştirakçısı, Ağcabədi rayonunun Qiyaməddinli kənd sakini, qazi Elşən Etibar oğlu Həsənov bu gün Azərbaycanın Sankt-Peterburqdakı Baş konsulunun dəstəyi ilə dövlət xəstəxanasından özəl klinikaya köçürülür.

Bu barədə AzerTimes-a qazinin qardaşı Məhərrəm Həsənov məlumat verib.

O bildirib ki, konsulluq əlindən gələn yardımı əsirgəməyəcəyini deyib:

“İlk gündən bizə dəstək olan diasporanın üzvü Əmirxan Hüseynova və xəbəri eşitdikdən sonra biganə qalmayan Baş konsul Sultan Qasımova, eləcə də bizi düşünən hər kəsə minnətdarıq!”

Qeyd edək ki, Rusiyaya işləmək üçün gedən Elşən Həsənovun böyrəklərində problem yaranmışdı. Komaya düşən qazimiz Sankt-Peterburqun Puşkin şəhərindəki “Semaşko” xəstəxanasına yerləşdirilmişdi.

Teqlər: