Rusiyada İsrafil Məmmədovun şərəfinə xatirə lövhəsi ucaldı

Rusiyada İsrafil Məmmədovun şərəfinə xatirə lövhəsi ucaldı

Rusiyada Sovet İttifaqı qəhrəmanı İsrafil Məmmədovun şərəfinə xatirə lövhəsi ucaldılıb.

AzerTimes xəbər verir ki, dekabrın 20-də Novqorod vilayətinin Starorusskoye rayonunun Nagovski kənd qəsəbəsində tarixi əhəmiyyət kəsb edən hadisə baş verib: Azərbaycanın mərd oğlu, Sovet İttifaqı Qəhrəmanı İsrafil Məmmədovun şərəfinə ucaldılmış xatirə lövhəsinin açılışı olub.

Starorusskoye rayonunun sakinləri İkinci Dünya müharibəsində həlak olanların xatirəsini hər zaman ehtiramla yad edirlər. Onlardan biri də rayon ərazisində şücaət göstərmiş azərbaycanlı İsrafil Məmmədovdur.

“Novqorodskaya zemlya” (Novqorod torpağı) Regionlararası İctimai Təşkilatı Sovet İttifaqı Qəhrəmanı İsrafil Məmmədovun şərəfinə xatirə lövhəsinin hazırlandığı “Xatırlamalı, heç vaxt unutmamalı: SSRİ xalqları Starorusskoye torpaqlarında nasist işğalçılarına qarşı mübarizədə” layihəsini hazırlayıb.

İki dəfə Sovet İttifaqı Qəhrəmanı Həzi Aslanov adına Regional İctimai Təşkilat xatirə lövhəsinin təntənəli açılışına dəvət olunub. Təşkilatın sədri Əli Kazımov tədbirin təşkilatçılarına və əlamətdar tədbirdə iştirak edən hər kəsə ənənələrin qorunub saxlanmasına və qəhrəmanların xatirəsinin yad edilməsinə görə təşəkkür edib.

Teqlər: