Rusiyada iki nəfərdə “omikron” ştammı qeydə alınıb

Xəbər - Orxan Nəbiyev – Trend:

Cənubi Afrika Respublikasından Rusiyaya səfər edən iki nəfərdə koronavirusun “omikron” ştammı aşkarlanıb.

Trend-in məlumatına görə, bu barədə Rusiyanın sanitariya-epidemiologiya qurumunun (Rospotrebnadzor) mətbuat xidmətindən bildiriblər.

Məlumatda qeyd olunur ki, həmin şəxslərdə koronavirus testi müsbət nəticə verdikdən sonra aparılan yoxlamalar yoluxmanın “omikron” ştammı ilə olduğunu müəyyən edib.

Ümumilikdə, Rusiyaya CAR-dan gələn 10 nəfərdə koronvirus testi müsbət nəticələnib. Hazırda bu yoluxmaların ştamlarının müəyyənləşdirilməsi aparılır.

Xatırladaq ki, bu gün, həmçinin Latviyada da “omikron” ştammının aşkar olunduğu açıqlanmışdı.