Rusiyada hərbi komissarlığı yandırmaq istədilər – Video

Rusiyada hərbi komissarlığı yandırmaq istədilər – Video

Rusiyanın Podolsk şəhərində yaşlı ər-arvad hərbi komissarlığın binasını yandırmağa cəhd göstərib.

AzerTimes xəbər verir ki, 70 yaşlı kişi kanistrdəki benzinlə əsgini isladıb və onu alışdıraraq hərbi komissarlığın pəncərəsinə qoyub. Yaşlı kişinin 76 yaşlı arvadı həmin anları görüntüyə alıb.

Bu vaxt isə polis əməkdaşları hadisə yerinə gələrək cütlüyü saxlayıb.

Yanğının qarşısı isə alınıb.

Qeyd edək ki, Rusiyanın Ukraynaya hərbi müdaxiləsindən bəri müxtəlif bölgələrdə onlarla hərbi komissarlıq yandırılıb.

Teqlər: