Rusiyada hərbi hissənin damı çökdü – Yaralılar var

Xəbər - Orxan Nəbiyev – Trend:

Rusiyanın Mojaysk şəhərində hərbi hissənin damı uçub.

AzerTimes-ın məlumatına görə, hadisə nəticəsində 5 hərbçi xəsarət alıb.

Onlardan 3-nün vəziyyəti ağır olaraq qiymətləndirilir.


Qeyd olunur ki, hadisəyə səbəb damda böyük miqdarda qarın toplanması olub.