Rusiyanın Belqorod vilayətində hərbi hissədə partlayış olub, ölənlər və yaralananlar var.
AzerTimes xəbər verir ki, məlumatı Rusiyanın “112” Teleqram kanalı yayıb.
Məlumata görə, tağım komandiri, baş çavuş hərbi hissədə RQD-5 qumbarasını partladıb.
Partlayışdan sonra yanğın baş verib, alov 450 kvadratmetr ərazini əhatə edib.
İnsident nəticəsində 3 hərbçi həlak olub, 16-sı yaralanıb, daha 8 əsgər isə itkin düşüb.
Partlayış və yanğınla bağlı cinayət işi açılıb.