Kikabidze Qriboyedovun yanında dəhn olunacaq

Kikabidze Qriboyedovun yanında dəhn olunacaq

Gürcüstanın xalq artisti, tanınmış aktyor və müğənni Vaxtanq Kikabidze Tiflisin məşhur Mtaçminda Panteonu qəbiristanlığında dəfn ediləcək.

AzerTimes xəbər verir ki, bunu mərhumun dostu Corc Rovals deyib.

“Hazırda vida mərasimi və dəfn vaxtı müzakirə olunur. Dəfn ya cümə axşamı ya da cümə günü baş tutacaq”, – Rovels bildirib.

Qeyd edək ki, Vaxtanq Kikabidzenin dəfn olunacağı qəbiristanlıq 1929-cu ildə rəsmi status alıb. Rusiyalı şair Aleksandr Qriboyedov da burada dəfn olunub.

Teqlər: