Rusiyada helikopter sərt eniş etdi: yaralılar var

Rusiyada helikopter sərt eniş etdi: yaralılar var

Rusiyanın Yakutiya bölgəsində Mi-8 helikopteri sərt eniş edib.

AzerTimes xəbər verir ki, bu barədə Rusiya Fövqəladə Hallar Nazirliyi məlumat yayıb.

Məlumata əsasən, helikopterin göyərtəsində 3-ü heyət üzvü olmaqla 23 nəfər olub.

Sərt eniş nəticəsində 5 nəfərin xəsarət aldığı bildirilir.

Hadisə yerinə xilasedicilər cəlb edilib. İnsidentlə bağlı cinayət işi açılıb.

Teqlər: