Rusiyada helikopter radarlardan itdi

Rusiyada helikopter radarlardan itdi

Rusiyanın Kamçatka bölgəsində “Robinson” markalı helikopter radarlardan itib.

AzerTimes xəbər verir ki, məlumatı Rusiya mediası yayıb.

Helikopterin göyərtəsində 3 nəfərin olduğu bildirilir.

Məlumata görə, helikopter havaya qalxandan bir müddət sonra radarlardan itib. Onun sərt eniş etdiyi istisna olunmur.

Qeyd edək ki, axtarışlar üçün bölgəyə An-26 təyyarəsi göndərilib.

Teqlər: