Rusiyada helikopter qəzaya uğradı: 6 ölü, 7 yaralı – Video

Rusiyada helikopter qəzaya uğradı: 6 ölü, 7 yaralı – Video

Rusiyanın Altay diyarının Tunqur qəsəbəsində Mi-8 helikopteri qəzaya uğrayıb.

AzerTimes xəbər verir ki, bu barədə ölkənin Fövqəladə Hallar Xidməti məlumat yayıb.

Məlumata görə, qəza nəticəsində 6 nəfər ölüb, 7 nəfər isə yaralanıb. Yaralılardan 5-i ciddi yanıq xəsarətləri alıb.

Bildirilib ki, helikopter enərkən elektrik xəttinə ilişib və yanmağa başlayıb.

Hadisə ilə bağlı araşdırma aparılır.

Teqlər: