Rusiyada helikopter qəza enişi etdi: ölən var

Rusiyada helikopter qəza enişi etdi: ölən var

Rusiyanın Kostroma vilayətində Mi-2 helikopteri qəza enişi edib.

AzerTimes xəbər verir ki, bu barədə region administrasiyası məlumat yayıb.

Məlumata görə, helikopterin göyərtəsində 5 nəfər olub. Qəza enişi nəticəsində 1 nəfər həlak olub.

Həmçinin bildirilib ki, helikopterdə olan 2 pilot və 2 feldşer xəsarətlər alıb.

Faktla bağlı araşdırma aparılır.

Teqlər: