Rusiya Federasiyasının Udmurtiya Respublikasında helikopterin qəza enişi etməsi nəticəsində bir nəfər həlak olub.
AzerTimes-ın “İnterfaks”a istinadən verdiyi məlumata görə, bu barədə özünün “VKontakte” səhifəsində Respublikanın başçısı Aleksandr Breçalov deyib.
“Xilasedicilər göyərtəsində iki nəfərin olduğu qəza eniş edən helikopteri aşkar ediblər. Təəssüf ki, heyət üzvlərindən biri həlak olub”, – deyə A.Breçalov bildirib.
O əlavə edib ki, ikinci heyət üzvünə hazırda tibbi yardım göstərilir.
“İnterfaks”ın məlumatlı mənbəsi helikopterin pilotunun öldüyünü açıqlayıb.