Kolumbiyada avtobus uçuruma düşüb, ölənlər və yaralananlar var

Kolumbiyanın mərkəzi hissəsində sərnişin avtobusu uçuruma düşüb.

AzerTimes-ın “El Tiempo” qəzetinə istinadən verdiyi məlumata görə, hadisə nəticəsində avtobusun sürücüsü də daxil olmaqla 7 nəfər həlak olub, 20 nəfər isə xəsarət alıb.

Məlumata əsasən, xəsarət alanlar xəstəxanaya çatdırılıb, onlardan bir neçəsinin vəziyyəti ağırdır.


Qəzanın səbəbi hələ müəyyən edilməyib.