Rusiyada göyərtəsində 20 nəfərin olduğu təyyarə qəzaya uğrayıb

Rusiya Federasiyasının Tatarstan Respublikasının Menzelinsk şəhərində L-410 yüngülmühərrikli təyyarə qəzaya uğrayıb.

AzerTimes-ın məlumatına görə, bu barədə “TASS”a təcili xidmətlərdəki mənbə xəbər verib.

Bildirilir ki, qəza Bakı vaxtı ilə təxminən saat 10:11-də baş verib. Təyyarənin göyərtəsində 20 nəfər olub.


Digər təfərüatlar barədə məlumat verilmir.