Rusiyada faciə: ölənlərin ailələrinə 1 milyon veriləcək

Rusiyada faciə: ölənlərin ailələrinə 1 milyon veriləcək

Rusiyanın Krasnodar vilayətinin Yeysk şəhərində qırıcının yaşayış sahəsinə düşməsi nəticəsində baş vermiş qəzada ölənlərin ailələrinə 1 milyon rubl ödəniləcək.

AzerTimes xəbər verir ki, bu barədə Krasnodar qubernatorunun köməkçisi Anna Minkova deyib.

“Ölənlərin ailələrinə 1 milyon, orta və ağır dərəcədə xəsarət alanlara 400 min, əmlakını itirən hər ailəyə isə 100 min rubl ödənilməsi üçün qubernator büdcədən vəsait ayrılması ilə bağlı qərar verib”, – deyə o bildirib.

Teqlər: