Rusiyada F-16 vurana mükafat vəd edildi

Rusiyada F-16 vurana mükafat vəd edildi

Rusiyada neft quyuları üçün avadanlıqlar üzrə ixtisaslaşan “Fores” şirkəti Ukraynada “Abrams” və “Leopard” tanklarının məhv edilməsi və ya ələ keçirilməsinə görə pul mükafatı təyin edib.

AzerTimes xəbər verir ki, bu barədə şirkətdən məlumat verilib.

“Fores” müharibə zonasında ağır zirehli maşınların və NATO təyyarələrinin məhv edilməsinə görə hərbi qulluqçulara mükafat ödəyəcək”, – məlumatda qeyd olunub.

Bildirilib ki, ilk məhv edilmiş “Abrams” və ya “Leopard”a görə 5 milyon rubl ödəniləcək. Növbəti vurulmuş Qərb tankları üçün isə bu məbləğ 500 min rubl təşkil edəcək.

Bundan başqa F-15 və F-16 təyyarələnin vurulmasına görə 15 milyon rubl ödəniləcək.

Teqlər: