Rusiyada dəmiryol xətti partladıldı – Video

Rusiyada dəmiryol xətti partladıldı – Video

Rusiyanın Braynsk vilayətində dəmiryol xəttinin Snejetskaya-Ağ Sahil məntəqələrindən keçən hissəsində partlayış törədilib.

AzerTimes Rusiya mediasına istinadən xəbər verir ki, ərazidə üç partlayış baş verib.

Diversiya aktı nəticəsində 2-3 vaqon relsdən çıxıb. İlkin məlumata görə, partayıcı qurğu dəmiryol xəttinin bir neçə hissəsinə qoyulub. Partlayış nəticəsində xəsarət alan olmayıb, diversantlar axtarılır.

Teqlər: