Rusiyada demilitarisaziya zonaları mütləqdir – Podolyak

Rusiyada demilitarisaziya zonaları mütləqdir – Podolyak

Ukraynanın müharibədən sonrakı strukturunun əsas mövzusu Rusiya ərazisinə 100-120 km dərinlikdə silahsızlaşdırılmış zonanın daxil edilməsi olmalıdır.

AzerTimes xəbər verir ki, bunu Ukrayna Prezident Ofisi rəhbərinin müşaviri Mixail Podolyak deyib.

Onun sözlərinə görə, bu, gələcəkdə növbəti hücumdan qaçmaq üçün vacibdir:

“Xarkov, Çerniqov, Sum, Zaporojye, Luqansk və Donetsk vilayətlərinin sakinlərinin təhlükəsizliyini təmin etmək və onları mərmilərdən qorumaq üçün Belqorod, Bryansk, Kursk, Rostov vilayətləri ərazisində 100-120 km-lik silahsızlaşdırılmış zonanın tətbiqi məcburi olmalıdır”, – Podolyak bildirib.

Teqlər: