Rusiyada dəhşətli yanğın – Video

Rusiyada dəhşətli yanğın – Video

Krasnoyarskda anbarda 2,5 min kvadratmetr sahədə yanğın baş verib.

AzerTimes xəbər verir ki, bu barədə Rusiya Fövqəladə Hallar Nazirliyi məlumat yayıb.

“Krasnoyarsk şəhəri, Sverdlovskaya küçəsində anbar binasında yanğınla bağlı xəbər daxil olub. İlkin məlumatlara görə, yanğının sahəsi 2,5 min kvadratmetrdir”,- məlumatda deyilir.

Anbarda baş vermiş güclü yanğının söndürülməsinə 100 yanğınsöndürən cəlb olunub. İlkin məlumatlara görə, yanğın nəticəsində xəsarət alan olmayıb, 10 nəfər binadan təxliyə edilib.

Teqlər: