Rusiyada dəhşətli təyyarə qəzası: ölənlərdən 5-i pilotdur – Video

Rusiyada dəhşətli təyyarə qəzası: ölənlərdən 5-i pilotdur – Video

Rusiya Federasiyasının İvanovo vilayətində İl-76 hərbi-nəqliyyat təyyarəsinin qəzaya uğraması nəticəsində 16 nəfər həlak olub.

AzerTimes xəbər verir ki, bu barədə Orenburq şəhərinin meri Sergey Salmin bildirib.

“Bu gün İvanovo vilayətində İl-76 hərbi-nəqliyyat təyyarəsi Severnı aerodromuna enməyə cəhd edərkən qəzaya uğrayıb. Ekipaj yanan təyyarəni Podtalitsy kəndindəki yaşayış binalarından uzaqlaşdırıb. Təyyarədə olanların heç biri sağ qalmayıb.

Təyyarədə 16 nəfər olub. Onlardan 5-i 117-ci Orenburq Hərbi Nəqliyyat Aviasiya Alayının pilotudur”, – o qeyd edib.

Qeyd edək ki, Rusiya Müdafiə Nazirliyi İl-76 hərbi-nəqliyyat təyyarəsinin İvanovo vilayətində planlı uçuş zamanı qəzaya uğraması barədə məlumat yaymışdı. Bildirilirdi ki, mühərriklərdən birinin alışması nəticəsində baş verən qəza zamanı göyərtədə olan 8 ekipaj üzvü və 7 sərnişinin hamısı ölüb.

Teqlər: