Rusiyada dəhşətli qəza: ölənlərin sayı 7 oldu

Rusiyada dəhşətli qəza: ölənlərin sayı 7 oldu

18:51

Rusiyada qəza baş verib.

AzerTimes xəbər verir ki, bu barədə Rusiya mətbuatında məlumat yayılıb.

Məlumata görə, hadisə Tümen-Omsk yolunda olub. İki yük avtomobili bir minik avtomobili ilə toqquşub. Toqquşmanın gücündən avtomobillər alışıb.

Qəza nəticəsində 5 nəfər ölüb, 3 nəfər isə yaralanıb.

***

Rusiyanın Omsk vilayətində iki yük maşını və mikroavtobusun toqquşması nəticəsində biri uşaq olmaqla 7 nəfər ölüb.

Bu barədə TASS agentliyi məlumat yayıb.

Hazırda polis əməkdaşları hadisənin baş vermə səbəblərini müəyyən etmək üçün hadisə yerində işləyirlər.

Teqlər: