Rusiyada dəhşətli qəza: ölənlər var

Rusiyada dəhşətli qəza: ölənlər var

Gecə saatlarında Rusiyanın Zabaykal diyarında dəmir yolu keçidində qatarın avtomobillə toqquşması nəticəsində 4 nəfər həlak olub.

AzerTimes xəbər verir ki, bu barədə ölkənin daxili işlər nazirliyinin region üzrə mətbuat xidməti məlumat yayıb.

Məlumata görə, hadisə Xilokski rayonunda baş verib.

Qəzada sürücü və üç sərnişin – 30 yaşlı qadın, 2010 və 2022-ci il təvəllüdlü iki uşaq yerindəcə dünyasını dəyişib.

Teqlər: