Rusiyada daşqınlar: şəhər sakinləri təxliyə olunur

Rusiyada daşqınlar: şəhər sakinləri təxliyə olunur

Rusiyanın Orenburq vilayətində sel daşqınları yaşanır.

AzerTimes xəbər verir ki, bu barədə Fövqəladə Hallar Nazirliyi məlumat yayıb.

Daşqınlar nəticəsində bölgədə 1800-dən çox evi su basıb.

Qeyd olunub ki, Ural çayında bəndin uçması ilə bağlı Orsk şəhərində həyəcan siqnalı səslənir, sakinlər təxliyə olunur.

Bölgədə fövqəladə vəziyyət rejimi tətbiq olunub.

Teqlər: