Azərbaycan yığması Avropa çempionu oldu

Azərbaycan yığması Avropa çempionu oldu

Azərbaycanın tamblinq yığması Avropa çempionu titulunu qazanıb.

AzerTimes İdman.biz-ə istinadən xəbər verir ki, gimnastlarımız bu uğura Portuqaliyanın Gimaraynş şəhərində keçirilən qitə çempionatında nail olublar.

Mixail Malkin, Tofiq Əliyev, Adil Hacızadə və Bilal Qurbanovdan ibarət milli komanda yarışında bütün rəqiblərindən güclü olub. Yığma Böyük Britaniya, Danimarka kimi güclü rəqibləri arxada qoyub.

Qeyd edək ki, Azərbaycan tamblinq komandası ötən il Birminhemdə keçirilən dünya çempionatının da qalibi olub.

Teqlər: