Rusiyada daha 847 nəfər koronavirusun qurbanı olub

Rusiyada koronavirusdan ölənlərin sayı 847 nəfər artaraq 309 707-yə çatıb.

Trend xəbər verir ki, bunu yeni infeksiya ilə mübarizə üzrə federal operativ qərargahında jurnalistlərə bildirilib.

Rusiyada koronavirusa yoluxanların sayı sutkada 19 751 nəfər artaraq 10 519 733 nəfərə çatıb. Sentyabrın 22-dən etibarən ilk dəfə olaraq sutkada aşkarlanan yoluxmaların sayı 20 mindən az olub.


Son sutka ərzində Rusiyada koronavirusdan 33 144 nəfər sağalıb. Beləliklə, pandemiya başlayandan ölkədə bu xəstəlikdən sağalanların sayı 9 497 063 nəfərə çatıb.