İranda son sutkada koronavirusdan 33 nəfər ölüb

İranda ötən sutka ərzində 1 002 nəfər koronavirusa (COVID-19) yoluxub, 33 nəfər ölüb.

AzerTimes-ın məlumatına görə, bunu İranın Səhiyyə, Müalicə və Tibbi Təhsil Nazirliyi elan edib.

Bununla da İranda bu virusdan ölənlərin sayı 131 639 nəfərə, yoluxanların sayı isə 6 195 403 nəfərə çatıb. Virus daşıyıcılarından 2 676 nəfərin vəziyyəti ağır qiymətləndirilir.

İranda indiyədək 6 039 171 nəfər koronavirusdan sağalıb, 42 milyona yaxın diaqnoz testi həyata keçirilib.

Ümumilikdə, İranda 120 milyona yaxın vaksin vurulub. Birinci mərhələ üzrə vaksinasiya olunanların ümumi sayı 59,8 milyon, ikinci mərhələ üzrə vaksinasiya olunanların sayı 52 milyon, üçüncü mərhələ üzrə vaksinasiya olunanların sayı 7,9 milyon təşkil edir.

Teqlər: