Rusiyada daha 612 nəfər koronavirusdan öldü

Xəbər - Orxan Nəbiyev – Trend:

Rusiyada koronavirusa yoluxanların sayı 3,65 milyonu keçib.

AzerTimes-ın məlumatına görə, ölkədə son sutka ərzində 21 887 nəfər virusa yoluxub, 612 nəfər isə həyatını itirib.

Bu günə qədər Rusiyada 3 655 839 nəfər infeksiyaya yoluxub, ölənlərin sayı 67 832 nəfərə çatıb.

Ölkə ərazisində ümumilikdə 3 054 218 şəxs virusdan sağalıb, 533 789 nəfərin müalicəsi isə davam edir.