Rusiyada daha 459 nəfər koronavirusdan ölüb

Xəbər - Orxan Nəbiyev – Trend:

Rusiyada koronavirusa yoluxanların sayı 4,09 milyonu keçib.

AzerTimes-ın məlumatına görə, ölkədə son sutka ərzində 13 233 nəfər virusa yoluxub, 459 nəfər isə həyatını itirib.

Bu günə qədər Rusiyada 4 099 323 nəfər infeksiyaya yoluxub, ölənlərin sayı 80 979 nəfərə çatıb.


Ölkə ərazisində ümumilikdə 3 624 663 şəxs virusdan sağalıb, 393 681 nəfərin müalicəsi isə davam edir.