Rusiyada daha 1189 nəfər koronavirusdan ölüb

Xəbər - Orxan Nəbiyev – Trend:

Rusiyada son sutka ərzində 1 189 nəfər koronavirusdan vəfat edib.

Trend-in məlumatına görə, bu, pandemiya dövründə qeydə alınan ən yüksək göstərici olub.

Eyni zamanda, ötən gün ölkədə 40 443 nəfər koronavirusa yoluxub.


Bugünədək Rusiyada koronavirusa yoluxanların sayı 8,63 milyon nəfəri ötüb. Ölənlərin sayı isə 242 060 nəfərə çatıb.

Qeyd edək ki, yoluxma hallarının artması ilə əlaqədar paytaxt Moskvada və bir sıra digər regionlarda oktyabrın 30-dan noyabrın 7-dək qapanma elan edilib.