Xəbər - Orxan Nəbiyev – Trend:
Rusiyada son sutka ərzində 1 254 nəfər koronavirusdan vəfat edib.
Trend-in məlumatına görə, bugünədək Rusiyada virusdan ölənlərin sayı 262 843 nəfərə çatıb.
Xatırladaq ki, ötən gün də ölkədə 1 254 nəfər koronavirusdan vəfat etmişdi. Bu, pandemiya dövründə Rusiyada qeydə alınan ən yüksək göstərici olmuşdu.
Eyni zamanda ölkədə son sutkada 37 120 nəfər koronavirusa yoluxub. Bugünədək Rusiyada koronavirusa yoluxanların sayı 9,29 milyon nəfəri ötüb.