Rusiyada bir gündə 200 mindən çox şəxs koronavirusa yoluxub

Xəbər - Orxan Nəbiyev – Trend:

Rusiyada son sutka ərzində 203 949 nəfər koronavirusa
yoluxub.

Trend-in
məlumatına görə, bu, pandemiya dövründə ölkədə qeydə alınmış ən
yüksək göstərici olub.

Əvvəlki gün 197 076 nəfərin yoluxması qeydə alınmışdı. Bu
günədək ölkədə koronavirusa yoluxanların sayı 13,73 milyonu
ötüb.

Eyni zamanda, son sutkada 722 nəfər həyatını itirib. Bir gün
əvvəl ölənlərin sayı 701 nəfər idi.

Rusiyada bu günədək koronavirusdan ölənlərin sayı 338 813 nəfərə
çatıb.