Rusiyada bir gündə 2 deputat öldü

Rusiyada bir gündə 2 deputat öldü

Rusiya Dövlət Dumasının “Vahid Rusiya” fraksiyasından olan deputatı Yaşarbek Uzdenov uzun sürən xəstəlikdən sonra 56 yaşında vəfat edib.

AzerTimes xəbər verir ki, bunu Rusiya Dövlət Dumasında “Vahid Rusiya” fraksiyasının rəhbəri Vladimir Vasilyev bildirib.

V. Vasilyev fraksiyanın bütün deputatları adından Y. Uzdenovun ailə üzvlərinə və yaxınlarına başsağlığı verib.

Yaşarbek Uzdenov 2021-ci il sentyabrın 19-da Dövlət Dumasının deputatı olub. 16 saylı seçki dairəsindən (Qaraçay-Çərkəz – Qaraçay-Çərkəz Respublikası) seçilib.

Qeyd edək ki, bu gün həmçinin Dövlət Dumasının “Vahid Rusiya” partiyasından olan deputatı Nikolay Borçov 77 yaşında vəfat edib.

Teqlər: