Rusiyada beş avtomobilin toqquşması nəticəsində 4 nəfərin həyatına son qoyub

Rusiyanın Kemerovo vilayətində beş avtomobilin toqquşması
nəticəsində 4 nəfər ölüb.

Trend xəbər verir ki, məlumatı DİN regional idarəsinin mətbuat
xudməti yayıb.

Qeyd olunur ki, Kemerovo bələdiyyə dairəsi ərazisində P255
“Sibir” magistralının 298-ci kilometrliyində kütləvi qəza baş
verib. İlkin ehtimala görə, “VAZ-2109”un sürücüsü idarəetməni
itirərək qarşıdan gələn zolağa çıxıb və yarımqoşqulu “MAZ” markalı
yük maşını ilə toqquşub.

Bundan sonra minik avtomobili “Qazel” markalı avtomobilə, daha
sonra yük maşını ilə eyni istiqamətdə hərəkət edən “Mitsubishi
Outlander”ə çırpılıb.


Nəticədə “VAZ”ın sürücüsü və iki sərnişini hadisə yerində ölüb.
“Qazel”in sürücüsü və sərnişini xəsarət alıb.

Qəzadan bir neçə dəqiqə sonra “Daewoo Matiz” markalı avtomobil
daha əvvəl qəza törətmiş “QAZelle” ilə toqquşub. Qəza nəticəsində
“Daewoo Matiz”in sürücüsü qəzada ölüb, sərnişini isə xəsarət
alıb

Hadisənin fəgərüatları araşdırılır.

Teqlər: