Rusiyada avtobusla qəzada ölənlərin sayı 12-yə yüksəlib

Rusiyanın Samara vilayətində avtobusun iştirakı ilə baş verən qəzada ölənlərin sayı 12 nəfərə çatıb.

AzerTimes-ın məlumatına görə, bu barədə Rusiyanın İstintaq Komitəsindən bildiriblər.

Bildirilib ki, daha 12 nəfər müxtəlif dərəcəli bədən xəsarətləri alıb:

“İndiyədək yol qəzası nəticəsində 12 nəfər ölüb, daha 12 nəfər müxtəlif dərəcəli bədən xəsarətləri alıb, onlardan beşi reanimasiyadadır”.

Qeyd edək ki, qəza yanvarın 29-u axşam şaatlarında M-5 “Ural” federal magistral yolunun 873-cü km-də, Samara vilayətinin Zaborovka qəsəbəsi ərazisində baş verib. Yük maşını, minik avtomobili və minik mikroavtobusu toqquşub.