Rusiyada ağır yol qəzası baş verib, ölənlər və yaralananlar var

Rusiyanın Ryazan vilayətində sərnişin avtobusu dəmir yolu körpüsünün dayağına çırpılıb.

AzerTimes-ın məlumatına görə, bu barədə regionun Daxili İşlər Nazirliyi İdarəsinin mətbuat xidmətindən bildiriblər.

Məlumata əsasən, Moskvadan Həştərxan istiqamətində hərəkət edən avtobusun qəzaya uğraması nəticəsində 5 nəfər həlak olub, bir neçə uşaq da daxil olmaqla 16 nəfər isə xəsarət alıb.

Bildirilir ki, qəza zamanı avtobusda 52 nəfər olub.