Rusiyanın Ryazan vilayətində sərnişin avtobusu dəmir yolu körpüsünün dayağına çırpılıb.
AzerTimes-ın məlumatına görə, bu barədə regionun Daxili İşlər Nazirliyi İdarəsinin mətbuat xidmətindən bildiriblər.
Məlumata əsasən, Moskvadan Həştərxan istiqamətində hərəkət edən avtobusun qəzaya uğraması nəticəsində 5 nəfər həlak olub, bir neçə uşaq da daxil olmaqla 16 nəfər isə xəsarət alıb.
Bildirilir ki, qəza zamanı avtobusda 52 nəfər olub.