Rusiyada ağır qəza: 41 maşın toqquşdu, yaralılar var

Rusiyada ağır qəza: 41 maşın toqquşdu, yaralılar var

Rusiyanın Novqorod vilayətində M-11 magistralında 41 avtomobilin iştirakı ilə ağır qəza baş verib.

AzerTimes xəbər verir ki, bu barədə TASS məlumat yayıb.

Qəzada 14 nəfər yaralanıb, onların arasında uşaqlar da var. Yaralılar xəstəxanaya yerləşdirilib.

Yol-nəqliyyat hadisəsinə səbəb kimi əlverişsiz hava şəraiti göstərilir.

Qəza səbəbindən ərazidə uzunluğu 4 km-ya çatan tıxac yaranıb.

Teqlər: