Rusiyada 6 çağırışçı qatardan qaçdı

Rusiyada 6 çağırışçı qatardan qaçdı

Rusiyanın Voronej vilayətində qismən səfərbərlik çərçivəsində çağırılan 6 hərbçi qaçıb.

AzerTimes xəbər verir ki, bu barədə “Baza” Teleqram kanalı məlumat yayıb.

Məlumata görə, hərbçilər komandanlığın icazəsi olmadan qatarı tərk ediblər.

Qaçan şəxlərin ağ rəngli “Volksvagen Polo” avtomobilində Moskvaya doğru getdikləri bildirilib.

Hazırda onların axtarışı aparılır.

Teqlər: