Kuril adalarının Oxot dənizi sahilində 5,8 bal gücündə zəlzələ qeydə alınıb.
AzerTimes xəbər verir ki, bu barədə Rusiya Elmlər Akademiyasının Vahid Geofizika Xidmətinin Saxalin bölməsi məlumat yayıb.
Zəlzələnin episentri Oxot dənizində, İturup adasındakı Reydovo kəndindən 256 km şimalda, yeraltı təkanların mənbəyi isə Oxot dənizində yerləşib.
Zəlzələ 437 kilometr dərinlikdə baş verib.