Rusiyada 46 milyondan artıq insan koronavirusa qarşı tam peyvənd olunub.
AzerTimes-ın məlumatına görə, bunu “Rossiya-24” telekanalına müsahibəsi zamanı Rusiyanın səhiyyə naziri Mixail Muraşko deyib.
Onun sözlərinə görə, ragionlarda bir aylıq peyvənd ehtiyatı yaradılıb, peyvənd çatışmazlığı yoxdur:
“Kifayət qədər peyvənd var, Rusiya Federasiyasının regionlarında ehtiyatlar təxminən 1 aylıq nəzərdə tutulub. Yazılmaq, ppeyvənd olunmaq problemi heç bir regionda yoxdur”.
Qeyd edək ki, Rusiyada koronavirusa qarşı vaksinasiya prosesi yanvarın 18-i başlayıb.