Pelenin vəziyyəti yaxşılaşıb

Futbol üzrə üçqat dünya çempionu braziliyalı Pelenin vəziyyəti yaxşılaşıb və o, reanimasiya şöbəsindən San-Paulo şəhərindəki özəl klinikanın stasionar palatasına köçürülüb.

AzerTimes-ın məlumatına görə, bu barədə klinikanın mətbuat xidmətindən bildiriblər.

Məlumatda deyilir: “Edson Arantis du Nasimentu (Pelenin əsl adı – red.) vəziyyətinin yaxşı olması ilə əlaqədar reanimasiya şöbəsindən çıxarılıb. Bundan sonra o, müalicəsini palatada davam etdirəcək”.

Xatırladaq ki, avqustun 30-u Pele San-Paulo şəhərindəki “Albert Eynşteyn” adlı özəl klinikaya yerləşdirilmişdi. Sentyabrın 6-sı 80 yaşlı braziliyalı əməliyyat edilmişdi.