Rusiyada 30 minə yaxın yoluxma qeydə alınıb

Xəbər - Orxan Nəbiyev – Trend:

Rusiyada koronavirusdan gündəlik ölüm hallarında ikinci gün ard-arda ən yüksək göstərici qeydə alınıb.

Trend-in məlumatına görə, son sutka ərzində ölkədə 968 nəfər vəfat edib. Bunadək ən yüksək göstərici, 936 ölüm faktı ötən gün qeydə alınmışdı.

Eyni zamanda son sutkada Rusiyada 29 362 nəfər koronavirusa yoluxub.


Bu günədək Rusiyada koronavirusa yoluxanların sayı 7,74 milyon nəfəri ötüb, ölənlərin sayı isə 215 453 nəfərə çatıb.