Rusiyada 30-a yaxın avtomobilin iştirakı ilə zəncirvari qəza baş verib, yaralananlar var

Rusiyanın Tula vilayətində M-2 magistralında baş vermiş zəncirvari avtomobil qəzası nəticəsində 8 nəfər xəsarət alıb, onların arasında üç azyaşlı da var.

Trend TASS-a istinadən xəbər verir ki, ilkin olara qəza avtomobil yolunun 125-ci km-də baş verib. Belə ki, üç avtomobilin toqquşması nəticəsində bir qadın xəsarət alıb.

Bunun ardınca maqistralın 126-cı km-də, 13 avtomobil toqquşub. Nəticədə 3-ü azyaşlı olmaqla 7 nəfər xəsarət alıb.


Qəzanın ilkin səbəbləri barədə məlumat verilmir.

Teqlər: