Rusiyada 19 məktəbdə karantin tətbiq olunub

Xəbər - Orxan Nəbiyev – Trend:

Rusiyanın Orenburq şəhərində 19 məktəbdə siniflər koronavirusla əlaqədar karantinə bağlanıb.

Trend-in məlumatına görə, hər məktəbdə bir sinifin bağlandığı bildirilir.

Həmin siniflərdə təhsil alan şagirdlər onlayn qaydada dərslərini davam etdirəcəklər.


Bundan başqa, Orenburqda uşaq bağçalarında ümumilikdə 8 qrup karantinə alınıb.