Bu gün Moskvanın “Vnukovo”, “Domodedovo”, “Şeremetyevo” və “Jukovski” hava limanlarında 170-dən çox reys əlverişsiz hava şəraiti səbəbindən təxirə salınıb və ya ləğv edilib.
AzerTimes xəbər verir ki, bu barədə rus mediası məlumat yayıb.
“Vnukovo”da 61 reys gecikib, 13-ü ləğv edilib, “Domodedovo”da 48 reys gecikib, ikisi ləğv edilib, “Şeremetyevo”da 41 reys gecikib, 10-u ləğv edilib”,- məlumatda deyilir.
Jukovski hava limanının saytının məlumatına görə, orada dörd reys gecikir.